Türkiyədə ağır yol qəzası -4 ölü, 22 yaralı
Kateqoriya məlum deyil
Türkiyənin Ardahan əyalətində sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 4 nəfər həlak olub, 22 nəfər isə xəsarət alıb. Yaralananlardan 5-nin vəziyyəti ağırdır.Məlumata əsasən, qəza Çıldır və Aktaş şəhərləri arasındadı avtomobil yolunda baş verib. Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Araşdırma aparılır.






