Logo

Əmmamə qalmaqalına görə üzr istənildi

Əmmamə qalmaqalına görə üzr istənildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağ Ev administrasiyası Deetroyt aeroportunda olan hadisəyə görə kanadalı nazir Navdip Beynsdən üzr istəyib.

Sfera.az xəbər verir ki, bu haqda fransız qəzeti  "La Press” yazıb.

Məsələ ondadır ki, 2017-ci ilin aprelində ABŞ-da rəsmi görüşlər keçirib Torontoya qayıdan Navdip Beyns təhlükəsizlik xidməti tərəfindən başındakı əmmaməyə görə daha çox yoxlanılıb.

Qeyd edək ki, Hindistan əsilli Beyns sikxdir. Bu dinin daşıyıcıları ənənəvi olaraq belə baş geyimi daşıyır.

Kanadalı nazir etiraz edərək deyib ki, metalaxtaran varkən əmmamənin çıxarılmasına ehtiyac yoxdur. Yalnız diplomatik pasport çıxardıqdan sonra  onu təyyarəyə buraxıblar.

İlqar
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR