Logo

“Hər kəs sussa belə, Türkiyə susmayacaq” – Mövlud Çavuşoğlu

“Hər kəs sussa belə, Türkiyə susmayacaq” – Mövlud Çavuşoğlu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Donald Trampın 14 mayda ABŞ səfirliyini Qüds şəhərinə köçürmək qərarını şərh edib.

Sfera.az xəbər verir ki, ərəb jurnalistlərin suallarına cavab verən Çavuşoğlu bu qərarı səhv adlandırıb:

"ABŞ-ın bu qərarı səhvdir. Bu səhv qərara qarşı ortaq mövqe göstərməyimiz lazımdır. Son zamanlarda islam dünyasının daxilində, xüsusilə də, Ərəb liqası daxilində, açıq demək lazımdır ki, bu məsələ ilə bağlı tərəddüdlər, hətta geri addımlar görürük. ABŞ-dan çəkinən bəzi ölkələrin Fələstin işinin müdafiəsində geri addım atdığını görürük. Bu çox səhv düşüncədir, böyük dəhşətli xətadır. Tarix və ümmət bunu bağışlamaz. Bu ölkələr İordaniya və Fələstinə təzyiq göstərməsinlər. Fələstin işini heç kimsə müdafiə etməsə də, Qüds uğrunda hər kəs sussa belə, Türkiyə susmaz, Türkiyə Fələstini müdafiə etməyə davam edəcək”.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR