Türkmənistanda 77 ilə başlayan avtomobil nömrələri qadağan olundu

Türkmənistanda 77 ilə başlayan avtomobil nömrələri qadağan olundu
Türkmənistanın Balkan və Daşoğuz vilayətlərində avtomobil sahiblərindən 77 ilə başlayan nömrələr yığılır. Gözlənildiyinə görə, "gözəgəlimli” nömrələrə qadağa may ayının sonuna kimi bütün ölkə ərazisinə şamil olunacaq.

Virtualaz.org "Azatlık” radiosuna istinadən xəbər verir ki, ötən həftə ərzində Balkan vilayətində nömrələri 77 ilə başlayan bütün maşınlar saxlanılıb və cərimə meydançasına yerləşdirilib.

"Daşoğuz şəhər yol polisinin müfəttişinin mənə bildirdiyinə görə, 77 ilə başlayan nömrələrdən bundan sonra yalnız Arxadağın (ölkə prezidentinin) qohumları istifadə edə biləcək. Belə ki, bu yaxınlarda müfəttişlətrdən biri prezidentin yaxın adamının maşınını saxlayıb. Onun sözlərinə görə, məhz bu səbəbdən daxili işlər naziri İsgəndər Mulikova töhmət verilib”, - mənbə bildirir.

Qeyd edək ki, aprelin 27-də Qurbanqulu Berdıməhəmmədov daxili işlər nazirinə ciddi töhmət verib. Rəsmi xronikada bildirildiyinə görə, töhmətə səbəb "vəzifə səlahiyyətlərinin qeyri-qənaətbəxş icra edilməsi” və "tabeliyində olan orqanlara nəzarətin zəifliyi” göstərilib.
 

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...