Deputatların maaşları 20% aşağı salındı
14:16 / 11.05.2018
3705
Polşa Seymi parlamentarilərin maaşlarının 20 faiz azaldılması barədə qanun layihəsini qəbul edib.
Səsvermə zamanı 240 deputat qanun layihəsinin lehinə səs verib. Deputatlardan 2 nəfər isə qanun layihəsinin qəbuluna etiraz eib.
Səsvermədə "Vətəndaş Platforması", "Polşa Kəndli Partiyası" müxalifət fraksiyalarını təmsil edən deputatlar da daxil olmaqla 213 nəfər iştirak etməyib.
Müxalifəti təmsil edən deputatlar qanun layihəsini ciddi tənqid ediblər.