Logo

Benyamin Netanyahu: “İran “qırmızı xətt”i keçdi”

Benyamin Netanyahu: “İran “qırmızı xətt”i keçdi”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrail baş naziri Benyamin Netanyahu Suriya ərazisində İran və İsrailin hərbi qarşıdurması ilə bağlı son baş verən prosesləri şərh edib.

Sfera.az xəbər verir ki, Netanyahu İranın raket hücumları təşkil edərək, "qırmızı xətti” keçdiyini deyib. O, Suriyadakı İran qüvvələrinin Qolan təpələrindəki İsrail əsgərlərinə qarşı raket hücumu təşkil etməkdə ittiham edib.

Hücuma qarşılıq verdiklərini deyən Netanyahu İsrailin İran hərbi obyektlərinə qarşı irimiqyaslı hücum təşkil etdiklərini bildirib.

İsrail baş naziri İranın Suriyadakı hərbi mövcudiyyətinin güclənməsinə icazə verməyəcəklərini bildirib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR