Logo

Onlarla qırıcı və raket... – İsrailin gecə hücumu haqda Rusiyadan açıqlama

Onlarla qırıcı və raket... – İsrailin gecə hücumu haqda Rusiyadan açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrail bu gecə Suriyadakı İran obyektlərinə hava reysi zamanı 28 qırıcıdan və "hava-yer” tipli raketlərdən istifadə edib. Suriya HHM raketlərin 50%-i vura bilib.

Sfera.az xəbər verir ki, bu hesabatla Rusiya Müdafiə Nazirliyi çıxış edib. Hücum zamanı F-15, F-16 təyyarələrindən istifadə olunub. Ümumilikdə Suriyanın müxtəlif rayonlarına  "hava-yer” tipli 60 raket buraxılıb.

Bundan əlavə İsrail Suriyaya qurudan 10 "yer-yer” tipli atıb. Suriya HHM qüvvələri raketlərin yarısını vura bilib.

"İran hərbi birləşmələrinin mövqeləri, həmçinin Suriya ordusunun Dəməşq və Suriyanın cənubunda yerləşən HHM vasitələri hücuma məruz qalıb” – Rusiya MN-nin məlumatında deyilir.

İran hərbi obyektlərinə, həmçinin Suriyanın mülki və hərbi infrastrukturuna endirilən zərbələr dəqiqləşdirilir.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR