Türkiyədə kimlər prezidentliyə namizəd ola biləcək? - Son vəziyyət
Kateqoriya məlum deyil
Türkiyədə prezidentliyə namizəd olmaq üçün imza yığmaq vaxtı başa çatıb.
Sfera.az xəbər verir ki, mayın 4-də başlayan imza kampaniyasında 100 min imza limitini keçən seçkidə iştirak etmək hüququ qazana bilər. Bu şərt parlamentdə təmsil olunmayan partiyaları əhatə edir.
Parlamentdə təmsil olunan AKP və MHP-nin "Cumhur İttifaqı” bloku Rəcəb Tayyib Ərdoğanı, CHP Məhərrəm İncini, HDP Səlahəddin Demirtaşı prezidentliyə namizəd göstərmişdi.
100 min imza limitinə çata bilməyən "Vətən” partiyası sədri Doğu Perinçək də son məlumata görə qoyulan limiti keçib. İmza kampaniyasında son vəziyyət:
Meral Akşener: 247 min 623
Təməl Karamollaoğlu: 161 min 342
Doğu Perinçək: 109 min 990
Vecdet Öz: 2 min 545
Sfera.az





