Logo

Obamadan Trampın İranla bağlı qərarına münasibət: "Bu böyük səhvdir"

Obamadan Trampın İranla bağlı qərarına münasibət: "Bu böyük səhvdir"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ-ın sabiq prezidenti və 2015-ci ildə İranla nüvə sazişi bağlayan Barak Obama Donald Trampın son qərarına etiraz edib.

Sfera.az-ın xarici mediaya istinadən xəbərinə görə Obama açıqlamasında bildirib ki, İranın hər hansı şəkildə pozmadığı nüvə sazişi ilə bağlı Donald Trampın belə qərar verməsi ciddi riskdir. Obama Donald Trampın bu qərarını böyük səhv adlandırıb:

"2015-ci ildə İranla bağladığımız bu saziş həm ABŞ, həm də digər ölkələri nüvə təhlükəsindən qoruyur. Bu sazişin maddələri də sağlam təməllərə söykənib. Bu sazişə əsasən İran müqavilənin şərtlərinə əməl edir. Nüvə sazişindən çıxmaqla ABŞ ən yaxın dostlarına arxasını çevirmiş olacaq".

ABŞ-ın keçmiş xarici işlər naziri, o cümlədən də nüvə sazişinin bağlanmasında xüsusi rolu olan Con Kerri də Trampın bu addımını pisləyib:

"Bu qərar ABŞ, İsrail də başda olmaqla digər müttəfiqləri də riskə atır.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR