Vaxta az qaldı, qadağa sona çatır…
Kateqoriya məlum deyil
Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etmə qadağası iyunun 24-də bitəcək.
Səudiyyə Ərəbistanı Nəqliyyat Baş direktoru Muhəmməd Əl Bəssami bildirib ki, ölkədəki qadınların avtomobil idarə etməsi mövzusunda hər şey hazırdır.O qeyd edib ki, 18 yaşından yuxarı bütün qadınlar sürücülük vəsiqəsi ala bilmək üçün müraciət edə bilər.
Ölkədə 5 şəhərdə qadınlar üçün sürücülük kursları açılıb və bu kurslarda xarici ölkələrdə sürücülük vəsiqəsi almış qadın müəllimlər dərs keçəcək."Səudiyyə Ərəbistanında bir çox qadının xaricdə sürücülük vəsiqəsi aldığı sirr deyil" - deyə o əlavə edib.
Xatırladaq ki, 2017-ci il sentyabrında Səudiyyə Ərəbistanında yayımlanan krallıq qərarnaməsi ilə dünyada bir tək bu ölkədə olan qadınlara avtomobil sürmə qadağasının sona çatacağı bildirilmişdi./Sputnik Azərbaycan





