Liviyada terror aktı - Hərbçilər həlak olub
Kateqoriya məlum deyil
Liviyanın şimalındakı Sirt şəhərində avtomobilin partladılması nəticəsində iki hərbçi həlak olub.
Trend-in məlumatına görə, intiharçı terrorçunun sükanı arxasında oturduğu avtomobil Liviya ordusuna məxsus nəzarət-buraxılış məntəqəsinə çırpılıb.Partlayış nəticəsində daha 3 hərbçi yaralanıb. Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.






