ABŞ Rusiya ilə hərbi əməkdaşlığa görə Türkiyəni CƏZALANDIRACAQ

ABŞ Rusiya ilə hərbi əməkdaşlığa görə Türkiyəni CƏZALANDIRACAQ
ABŞ Konqresinin Nümayəndələr Palatası Türkiyəyə müvəqqəti olaraq silah satışını dayandırmağı nəzərdə tutan 2019 Milli Müdafiə Təqdimat Qanununun (National Defense Authorization Act) detallarını açıqlayıb.

Sfera.az xəbər verir ki, qanun layihəsinin mətni tam açıqlanmasa da, komitədə təmsil olunan respublikaçılar və demokratlar layihəyə əlavə etdikləri detalları açıqlayıblar.

Qanun layihəsinə görə, ABŞ Pentaqondan ABŞ-Türkiyə münasibətləri ilə bağlı hesabat təqdim etməsini istəyəcək. Hesabata yekunlaşanadək vacib silah vasitələrinin Türkiyəyə satışı dayandırılacaq. 

Silahlı Xidmətlər komitəsinə təqdim olunan layihədə Pentaqon və Dövlət Departamenti 60 gün ərzində Konqresə hesabat təqdim etməlidir. 

Qeyd edək ki, Türkiyə iyun ayından başlayaraq 1 il ərzində ABŞ-dan sifariş etdiyi F-35 təyyarələrini almağa hazırlaşır. Türk pilotları bununla bağlı təlim keçirlər. 

Layihəyə Rusiyanın silah sənayesinə yeni sanksiyaların tətbiqi, silahlı qüvvələr arasındakı əməkdaşlığın qadağan olunması və kiber müharibə məsələləri daxildir.

Qanunun Çinlə bağlı hissəsində isə Tayvanın müdafiə qabiliyyətini möhkəmləndirmək və ABŞ dövlət orqanları üçün "riskli” sayılan "Huawei Technologies və ETE Corp” məhsullarının istifadəsinə qadağa qoyulması nəzərdə tutulur. Vaşinqton bu texnologiyaları ABŞ vətəndaşlarına qarşı casusluq fəaliyyətində şübhəli bilir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...