“İsrail onu aradan götürəcək və rejimini devirəcək"
Kateqoriya məlum deyil
"Suriya ərazisini İsraili vurmaq üçün İrana verməsi halında prezident Bəşər Əsədi öldürərək, rejimini devirə bilərik".
Sfera.az xəbər verir ki, bu bəyanatla İsrailin energetika naziri Yuval Ştaynits çıxış edib.
"İsrail indiyə qədər Suriya vətəndaş müharibəsinə müdaxilə etməyib. Prezident Bəşər Əsəd İranın Suriya ərazisində əməliyyat keçirməsinə icazə verməyə davam edərsə, İsrail onu aradan götürəcək və rejimini devirəcək” - İsrailin "Ynet” xəbər saytına müsahibə verən Ştaynits belə deyib.
Sfera.az






