Logo

Müsəlman ölkəsində bir İLK – Qadın paytaxt meri seçildi

Müsəlman ölkəsində bir İLK – Qadın paytaxt meri seçildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tunisdə keçirilən seçkilərdə Nahda hərəkatının qadın namizədi Suad İbrahim paytaxt Tunisin bələdiyyə sədri seçilib.

Sfera.az xəbər verir ki, paytaxtdakı səslərin 33,8%-ni alan Nahda hərəkatının seçkini udması ilə Suad İbrahim ölkə tarixində paytaxt meri seçilən ilk qadın olub.

Nida Tunis Partiyası 25,8% səslə ikinci, Demokratik hərəkat isə 10,7%-lə üçüncü olub. On partiyanın birləşərək bir blokda təmsil olunduğu Mülki Koalisiya və Xalqçı Cəbhə isə 6,8% səs ala bilib.

Keçirilən bələdiyyə seçkilərində qeydə alınan ümumi nəticəyə görə, Nahda hərəkatı 27,5% səslə birinci, Nida Tunis Partiyası 22,5%-lə ikinci olub.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR