Almaniya hökumətindən Türkiyə əleyhinə QƏRAR
Kateqoriya məlum deyil
Almaniya hökuməti hərbi əməliyyatlar aparan Türkiyə və Səudiyyə Ərəbistan kimi ölkələrə silah satışını azaldıb.
Sfera.az xəbər verir ki, Türkiyənin Suriyanın Afrin bölgəsində PYD/PKK terror təşkilatına qarşı uğurlu hərbi əməliyyat keçirməsi Almaniya parlamentində etirazlara səbəb olmuşdu. Müxalifət partiyaları Türkiyəyə silah satılmaması üçün hökumətə təzyiqlər edirdilər.
Yeni qərara görə, 14 mart – 20 aprel tarixləri arasında Türkiyəyə sadəcə bir dəfə silah ixracına icazə verilib. Türkiyəyə icazə verilən silah ixracatının 926 min avro məbləğində olduğu bildirilir. Keçən ilin eyni dövründə Türkiyəyə 3 milyon 300 min avro məbləğində silah satılmışdı.






