İranda zəlzələ: Onlarla yaralı var
Kateqoriya məlum deyil
İranın cənub-qərbində yerləşən Kohgiluyə və Boyer-Əhməd ostanında baş verən zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb.
Sfera.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. Zəlzələ gecə 00:26 radələrində Yasuc şəhərinin yaxınlığında qeydə alınıb. Zəlzələ üzündən şəhərdə elektrik verilməsi dayandırılıb.
Yerli təcili tibbi yardım xidmətinin verdiyi məlumata görə, 71 nəfərə ilkin tibbi yardım göstərilib, 11 nəfər xəstəxanaya çatdırılıb.
Sfera.az






