2 saat ərzində eyni yerdə 11 qəza baş verdi: 3 yaralı
Kateqoriya məlum deyil
Türkiyənin Bartın-Karabük adlanan ərazisində ötən gün 2 saat ərzində 11 qəza baş verib.
Sfera.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hava şəraitinin dəyişməsi, yağışın yağması ilə əlaqədar olaraq bəzi yollarda avtomobillərin hərəkətində problem yaranıb. Bir sıra şəhərlərdə avtomobil qəzaları olub.
Təkcə Bartın-Karabük adlanan ərazidə baş verən qəzalar nəticəsində 3 nəfər yaralanıb.
Nigar Məhərrəm
Sfera.az






