Sərnişin avtobusu qəzaya düşdü - Ölənlər və yaralananlar var
Kateqoriya məlum deyil
Braziliyada ağır yol qəzası olub.
Sfera.az Report-a istinadən xəbər verir ki, bu barədə "Globovision” telekanalı məlumat yayıb. Məlumata görə, hadisə Parana ştatında baş verib. Sərnişin avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində azı 9 nəfər ölüb, daha 30 nəfər xəsarət alıb.
Polisin məlumatına görə, hadisəyə minik avtomobilinin səhv ötmə əməliyyatı səbəb olub.






