Müxaliflər QƏRAR VERDİ: Siyasi blokun adı belə olacaq
Kateqoriya məlum deyil
Türkiyədə 24 iyunda keçiriləcək parlament və prezident seçkiləri ilə bağlı siyasi blok formalaşdıran müxalif SHP, İYİ Partiya, SP və DP partiyaları ittifaq protokollarını imzalayıblar.
Sfera.az bildirir ki, protokol sənədi CHP sədri Kamal Kılıçdaroğlu, İYİ Partiya sədri Meral Akşener, SP sədri Təməl Karamollaoğlu və DP sədri Gültəkin Uysal tərəfindən imzalanıb. Hakim AKP-yə qarşı formalaşdırılan seçki blokunun adı "Millət İttifaqı” olacaq. Sənəd bu gün Ali Seçki Komissiyasına təqdim ediləcək.
CHP, İYİ Partiya və SP-nin birbaşa təmsil olunacaqları ittifaqda SP İYİ Partiyanın siyahısında təmsil olunaraq seçkilərdə iştirak edə biləcək.
Sfera.az






