Tramp məşhur türk həkimi komandasına daxil etdi
Kateqoriya məlum deyil
Yazdığı kitablar, elmi araşdırmalar və televiziya verilişiləri ilə ABŞ-ın ən məşhur həkiminə çevrilən Mehmet Özə prezident Donald Tramp vəzifə verib.
Sfera.az bildirir ki, Öz prezidentin idman, tibb və qidalanmadan məsul məsləhət şurasına daxil edilib. Ağ Evdən Mehmet Özün və komandasının 2 ay boyunca Amerika xalqının düzgün qidalanmasına dəstək verəcəyi açıqlanıb.
Xatırladaq ki, Donald Tramp prezident seçilməzdən öncə Mehmet Özün verilişlərindən birinə qatılmış, səhhəti ilə bağlı ona suallar vermişdi. (qafqazinfo)






