İŞİD Latın Amerikasında aktivləşib

İŞİD Latın Amerikasında aktivləşib
Suriya və İraqda məğlubiyyətə uğrayan İŞİD qruplaşması Latın Amerikasında aktivləşib.

Sfera.az xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin terrorizm məsələləri üzrə departament sədrinin müavini Dmitriy Feoktistov "Terrorizmlə mübarizə komitəsinin” 18-ci sessiyasında bəyanat yayıb.

O bildirib ki, Xilafət üzvləri Latın Amerikası və Karib dənizi hövzəsi dövlətlərinin ərazilərində hərbi düşərgələr açmaq üçün çalışır və artıq yerli narkosindikatlarla danışıqlar aparır.

Feoktistov deyib ki, hələlik cihadçıların bu regionda görünməsi elə də çox gözə dəymir. Ancaq onlar iş aparır və bu gələcəkdə kütləvi xarakter ala bilər.
 
İlqar
Sfera.az


OXŞAR XƏBƏRLƏR