Çin ABŞ-a lazerlərlə hücum edib

Çin ABŞ-a lazerlərlə hücum edib
ABŞ-ın müdafiə nazirinin sözçüsü Deyn Uayt ölkənin Cibutidəki hərbi bazasından qalxan təyyarələrin yaxınlıqdakı Çin hərbi bazasından lazer hücumuna məruz qaldığını açıqlayıb.

Sfera.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, təyyarələrinin lazer hücumuna məruz qaldığını açıqlayan Den Uayt Çinə diplomatik protesto elan edib. O qarşı tərəfin bu addımını təhdid kimi qiymətləndirib: 

"Artıq uzun müddətdir ki, ABŞ təyyarələri bu cür lazer hücuma məruz qalırlar. Lakin son zamanlar bu cür hücumların sayı daha da artıb. Çin hökumətinə nota verdik və onlardan bu məsələni araşdırmalarını tələb etdik”.

Uayt İran və İsrail arasındakı gərginliyin ABŞ-a təsirindən də danışıb:
 
"İran hər zaman olduğu kimi bölgədə mənfi təsirini saxlamaqdadır. İran hər vəchlə çalışır ki, bölgədəki sabitliyi pozsun. İran hardadırsa, hər zaman orada xaos görə bilərik”.

Qeyd edək ki, Çinin ölkə xaricində ilk olaraq Cibutidə yaradılan hərbi bazası ötən ildən istismara verilib. Hərbi baza istimara verildikdə ABŞ rəsmiləri bunun onlar üçün narahatlıq doğurmadığını bildirib. 

Nigar Məhərrəm
Sfera.az


OXŞAR XƏBƏRLƏR