Logo

Təyyarədə etdiyi ehtiyatsızlığa görə 11 min dollar cərimələndi

Təyyarədə etdiyi ehtiyatsızlığa görə 11 min dollar cərimələndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çində təyyarədə olan sərnişin enişdən sonra havanı dəyişmək üçün qəza lyukunu açıb. Bu səbəbdən təyyarədə qəza zamanı istifadə edilən hava trapı açılıb.

Sfera.az xəbər verir ki,bu haqda "South China Morning Post” nəşri yazıb.

Hadisənin səbəbkarı 25 yaşlı kişi olub. Xaynan adasından Myanyana uçan sərnişin deyib ki, salonda birdən-birə isti olub:

"Enişdən sonra salonda nəfəs almaq çətinləşdi. İsti idi. Pəncərənin yanındakı dəstəyə basdım. Sonra olanlardan panikaya düşdüm".

Sərnişini ehtiyatsızlığa görə, 15 sutka həbs gözləyir. Həmçinin o, aviaşirkətə dəymiş zərərə görə 11 min dollar cərimələnəcək.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR