Bill Qeyts Trampın təklifindən imtina etdi
"Microsoft” şirkətinin təsisçisi Bill Qeyts Donald Trampın məsləhətçisi olmaqdan imtina edib.
Sfera.az xəbər verir ki, bu haqda biznesmen özü "Statnews” nəşrinə danışıb.
O bildirib ki, prezidentlə qrip əleyhinə universal peyvənd haqda danışırmış. Biznesmen bu məqsədlə elm sahəsinə 12 milyon dollar ayırmaq fikrindədir. Qrip əleyhinə universal peyvənd Trampı maraqlandırıb. Hətta dərman preparatlarını kontrol edən agentliyə zəng edərək belə bir peyvəndin olub-olmamasını soruşub.
Sonra Tramp ondan elm üzrə məsləhətçisi olmağı təklif etsə də Bill Qeyts deyib ki, bu halda vaxtını səmərəli sərf edə bilməyəcək.
2009-2017-ci illərdə prezidentin elm üzrə məsləhətçi postunu ABŞ-da Con Holdren tuturdu. Obama administrasiyasından sonrakı dövrdə bu post boş qalıb.
İlqar
Sfera.az
"






