Logo

"Netanyahu yalançı çobandır" - Cavad Zərif

"Netanyahu yalançı çobandır" - Cavad Zərif
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, İsrailin baş naziri Benyamin Netanyahu "İran nüvə silahı istehsal etmək üçün gizli bir proqram üzərində çalışır”, deyib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu gün İran xarici işlər naziri Cavad Zərif bu iddiaya sərt cavab verib. Belə ki, Cavad Zərif Netanyahunu onu "yalançı çoban” adlandırıb.

ABŞ prezidenti Donald Trampın nüvə müqaviləsini ləğv etmək üçün İranı günahlandırmağa davam etdiyini deyən Cavad Zərif ölkələrarası Atom Enerjisi Təşkilatının bu iddiaları öncədən araşdırdığını söyləyib.

Qeyd edək ki, Netenyahu İsrail kəşfiyyatı haqda "İran nüvə proqramı haqqında yarım ton (183 CD-də fayl olaraq saxlanılan 55 min səhifə) gizli informasiya əldə edilib”, demişdi.

ABŞ prezidenti Donald Tramp isə İranla edilən nüvə müqaviləsindən çəkilmək istədiyini dilə gətirib.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR