Donald Trampa “axmaq” deyən baş katib işdən çıxarılır

Dünya
12:15 / 01.05.2018
2087
ABŞ-ın bir çox səlahiyyətli şəxslərinin Ağ Evin baş katibi Con Kellinin prezident Donald Trampı axmaq adlandırması haqda səsləndirdikləri iddialar artıq mediaya da sızıb.
Sfera.az xarici mediaya istinadən bildirir ki, Ağ Ev rəhbəri Donald Trampı axmaq adlandıran Con Kelli bu gün ABŞ mediasının əsas müzakirə predmetinə çevrilib.
Məlumata görə, Con Kelli bir çox ABŞ rəsmiləri ilə danışıqlarında dəfələrlə "Donald Tramp axmaqdır, mən olmasan, fəlakət baş verərdi", deyə fikirlər səsləndirib.
Kelli isə belə bir xəbərin yayılmasını axmaqlıq adlandırıb:
"Bu axmaqlıqdır. Belə bir şey deməmişəm. Donald Tramp tanıdığım ən səmimi və gözəl insanlardan biridir. Bu xəbərin yanlış olduğunu ikimiz də bilirik”.
Ancaq deyilənə görə, Tramp artıq Con Kellini işdən çıxarmaq haqda düşünür.
Nigar Məhərrəm
Sfera.az