Türkiyədə Səadət Partiyası prezidentliyə namizədini elan etdi

Türkiyədə Səadət Partiyası prezidentliyə namizədini elan etdi
Türkiyədə bu gündən etibarən siyasi partiyalar tərəfindən prezidentliyə namizədlərin irəli sürülməsinə başlanıb.

Sfera.az bildirir ki, seçki təqviminə əsasən siyasi partiyalar 5 may saat 17:00-a, seçicilərin təşəbbüs qrupları isə 2 may saat 17:00-a qədər öz namizədlərinin adını Yüksək Seçki Qurumuna təqdim etməlidir. Seçicilər tərəfindən irəli sürüləcək namizəd üçün 100 min imza tələb olunur. Bu imzalar 4-9 may tarixləri arasında toplanmalıdır. Seçicilər qeydiyyatda olduqları ərazi üzrə məntəqə seçki komissiyasına gedib istədikləri namizəd üçün imza verə bilər. YSQ namizədlərin adlarını mayın 10-da elan edəcək. Mayın 13-də isə təbliğat kampaniyası başlayacaq.  

Bu gün Səadət Partiyası tərəfindən partiyanın lideri Təməl Karamollaoğlunun prezidentliyə namizədliyi irəli sürülüb. T. Karamollaoğlu 1941-ci il təvəllüdlüdür. İngiltərənin Mançester Universitetində təhsil alıb. Daha əvvəl millət vəkili və Sivas bələdiyyə başqanı olub. Səadət Partiyası vaxtilə mərhum Nəcməddin Ərbakan tərəfindən müxtəlif illərdə yaradılmış Milli Nizam, Milli Səlamət, Rifah, Fəzilət partiyalarının davamı olan mühafizəkar siyasi partiyadır.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyası tərəfindən hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyi irəli sürüləcək. İyi Parti lideri Meral Akşener azı 100 min imza toplayaraq namizəd olacağını açıqlayıb. Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi isə mayın 4-də açıqlanacaq. Prezident seçkiləri iyunun 24-də keçiriləcək. Eyni anda parlamentə də seçki olacaq.(APA)

OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...