Britaniyadan Rusiyaya daha bir İTTİHAM
Kateqoriya məlum deyil
Britaniya mətbuatı Rusiyanın daha bir zəhərlənmə hadisəsində əli olduğunu yazır.
Sfera.az xəbər verir ki, söhbət BP kompaniyasının rəhbərlərindən olan Bob Dadlinin zəhərlənməsindən gedir.
BP-nin keşmiş əməkdaşı İlya Zaslavski ingilis jurnalistlərə bildirib ki, qətlin arxasında FSB durur.
Rusiya 2008-ci ildə Dadlini öz postundan uzaqlaşdırmaq istəyirdi. Buna nail olmayanda onu yavaş-yavaş zəhərləyiblər:
"Rusiya Dadli ilə yanaşı daha 150 meneceri uzaqlaşdırmaq istəyirdi. Əvvəlcə Dadliyə və bir neçə nəfərə qarşı cinayət işi qaldırılmışdı. Başa salmaq istəyirdilər ki, postlarını könüllü təhvil versinlər. O isə bunu etmədi”.
Zaslavski deyib ki, Dadlinin yeməyinə hər gün zəhər qatıblar. Bunu kimin etdiyini isə demək mümkün deyil.
İlqar
Sfera.az






