Suriyada hərbi bazalara raket zərbəsi endirildi
Kateqoriya məlum deyil
Suriyanın şimalındakı hərbi bazalar raket zərbələrinə məruz qalıb.
Sfera.az xəbər verir ki, bu haqda "SANA” agentliyi məlumat yayıb.
Bildirilir ki, Xama və Hələb yaxınlığındakı bazalar atəşə tutulub. Raket zərbələrinin kim tərəfindən endirilməsi haqda xəbər verilmir.
Həmçinin, tələfat və dəyən ziyan haqda da məlumat yoxdur. Ancaq bazaladan birində yanğın başladığı deyilir.
İlqar
Sfera.az






