Sabiq prezidentin oğlu həbs edildi
Kateqoriya məlum deyil
Texas polisi Qviniyanın sabiq prezidenti Ahmet Seku Turenin oğlu Mohammad Ture və onun arvadı Deniz Kros Tureni həbs edib.
Sfera.az xəbər verir ki, 57 yaşlı ər-arvad 16 yaşlı qızı qul kimi saxlamaqda ittiham edilir.
İstintaqdan verilən məliumata görə, qızcığaz Qvineyadan ABŞ-a 2000-ci illərdə gətirilib. Böyüyəndən sonra onu Ture ailəsinin evində işləməyə məcbur ediblər.
Ev işlərini görən, psixoloji və fiziki zorakılıqla üzləşən qız məktəbə buraxılmayıb, ingilis dilini bilmir, gecələr döşəmədə yatıb. 2016-cı ildə qonşuların köməyi ilə qaça bilib.
Turelərin vəkili isə deyib ki, qız ailənin uşağı kimi böyüdülüb və ona qarşı zorakılıq olmayıb.
İttihamlar sübut olunarsa, ər-arvadı 20 il həbs cəzası gözləyir.
İlqar
Sfera.az






