İrəvana küçələri blokadaya almaq üçün 80 yük maşını gəlir
Kateqoriya məlum deyil
Bu gün İrəvanda günortadan sonra mitinqlər yenidən davam edəcək.
Sfera.az xəbər verir ki, "News.am” məlumat yayıb.
Nikol Paşinyan tərəfdarlarını yeni qüvvə ilə meydanlara dəvət edib. O bildirib ki, 26 apreldə körpülərin, yolların blokadası davam edəcək. Bu məqsədlə İrəvan-Sevan yolunda 80 yük maşını işarəni gözləyir.
Onlar şəhərə daxil olub yolları bağlayacaqlar.
Plana görə yerli vaxtla 12:05-də sürücülər yolları bağlayıb 20 dəqiqə tərpənməməlidirlər.
İlqar
Sfera.az






