Logo

Ermənistan prezidenti müxalifətin mitinqinə gedib

Ermənistan prezidenti müxalifətin mitinqinə gedib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ermənistan prezidenti Armen Sarkisyan Yerevanın Respublika meydanında keçirilən etiraz aksiyasına gələrək müxalifət lideri Nikol Paşinyanla görüşüb.

Sfera.az Milli.az-a istinadən xəbər verir ki, görüşdən sonra A.Sarkisyan etirazçılarla dialoqun aparılacağına ümidvar olduğunu bildirib.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Etirazlara baxmayaraq, aprelin 17-də Serj Sarkisyan parlamentdə keçirilən xüsusi iclasda bu posta təyin olunub.

Ölkə Konstitusiyasına edilən dəyişikliyə əsasən, Ermənistan parlament üsul idarəçiliyinə keçir və prezidentin səlahiyyətləri baş nazirə verilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR