"Koza Nostra" və "Kamorra" mafiyalarına zərbə
Kateqoriya məlum deyil
İtaliyanın cənubunda 3 şəhərdə mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Trend-in məlumatına görə, Siciliya vilayətinin Trapani şəhərində "Koza Nostra" mafiyasının 21 üzvü saxlanılıb.
Bunda başqa, təşkilatın nüfuzlu rəhbərlərindən biri, dünyada ən təhlükəli cinayətkarlardan hesab olunan və 25 ilə yaxındır ki, axtarışda olan Matteo Messina Denaronun həbsinə əmr verilib.Eyni zamanda, Neapol şəhərində "Kamorra" mafiyasına qarşı əməliyyat zamanı 50 nəfər saxlanılıb. Saxlanılanlara qarşı narkotik vasitələrin ticarəti, silah gəzdirmə, reket və digər ittihamlar irəli sürülüb.
Mafiyaya qarşı digər əməliyyat Baridə keçirilib. Burada Kapriati klanının 21 üzvü saxlanılıb.





