Yeniyetmə müəllimi bıçaqladı, məktəbə od vurdu
Kateqoriya məlum deyil
Başqırdıstanda yeniyetmənin məktəbə hücum etməsi nəticəsində 4 nəfər yaralanıb.
Sfera.az "Rosbalt.ru”ya istinadən xəbər verir ki, hadisə Sterlitamaq şəhərində baş verib.
Bu səhər tezdən yeniytmələrdən biri 1 nömrəli məktəbə gəlib, burada məktəbli qıza hücum edərək bıçaqla yaralayıb. Daha sonra o informatika müəlliməsinə xəsarət yetirib.
Yaralı məktəbli qız xilas olmaq üçün özünü pəncərədən atıb. Bundan sonra yeniyetmə özü ilə gətirdiyi benzini sinifə səpərək yandırıb.
Məktəb evukuasiya olunub. Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisə yerində polis və təcili yardım işləyir.
Yeniyetmənin əqli geriliyi olduğu və xüsusi sinifdə oxuduğu bildirilir.






