Toya gedən maşın qəzaya düşdü: 20 ölü, 30 yaralı
Kateqoriya məlum deyil
Yük maşınının körpüdən aşması nəticəsində 20 nəfər ölüb, 30 nəfər yaralanıb.
Sfera.az "Rosbalt.ru”-ya istinadən xəbər verir ki, qəza Hindistanın Mədhya-Pradeş ştatında baş verib.
Maşının yük yerində olan insanlar başqa şəhərdə toya gedirmişlər.
Ancaq körpünün üstündə sürücü idarəetməni itirib. Maşın 30 metr hündürlükdən çayın qurumuş məcrasına düşüb.






