Logo

65 nəfərlik kriminal qruplaşmaya cəza verildi

65 nəfərlik kriminal qruplaşmaya cəza verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çinin şimalındakı Guyuan şəhərinin xalq məhkəməsi sosial şəbəkələrdə və tanışlıq saytlarında fırıldaqçılıqla məşğul olan 65 nəfəri 14 ilədək həbs cəzasına məhkum edib.

Sfera.az xəbər verir ki, bu haqda "Sinxua” agentliyi məlumat yayıb.

Fırıldaqçıların qurbanları əsasən sosial şəbəkələrdən və tanışlıq saytlarından istifadə edən tənha kişilər olublar. Fırıldaqçılar özlərini qadın kimi tanıdıb, qurbanlarına saxta qatar və ya təyyarə biletləri aldırıb, yaxud da maddi yardım istəyiblər.

Ötən ilin yanvarından dekabrınadək bir qrup fırıldaqçı 130-dan çox adamı aldatmaqla 9,2 milyon yuan (təxminən 1,4 milyon dollar) əldə ediblər.

Kriminal qruplaşmanın Li soyadlı lideri 14 il həbs cəzası alıb.

Bundan əlavə o, 100 min yuan (təxminən 16 min dollar) cərimə ödəməli olacaq. Qalan 64 nəfər törətdikləri cinayətlərə görə müxtəlif cəzalar alıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR