Logo

“Starbucks” ötən günkü biabırçılığa görə üzr istədi

“Starbucks” ötən günkü biabırçılığa görə üzr istədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün "Starbucks”da yaşanan olay etiraz aksiyasına səbəb olub.

Sfera.az xarici mediaya istinadən bildirir ki, ABŞ-da ötən gün mağazada sifariş vermək üçün gözləyən iki qaradərilinin həbs olunması mediada da ajiotaja səbəb olub.

Bu hadisədən sonra açıqlama verən "Starbucks”un rəhbəri Kevin Conson baş verənləri biabırçılıq adlandırıb:

"İrqçiliyə qarşı mübarizə aparan şirkətlərdən biriyik. Bu cür addımın atılması bizim üçün də gözlənilməz idi. Hadisədən məlumatlı olduqdan dərhal sonra həmin işçiləri işdən uzaqlaşdırdıq”.

Kevin Conson bildirib ki, yaranan anlaşılmazlığı həll etmək üçün həmin iki qaradərili ilə də görüşüb.

Etirazçılar isə bu gün keçirdikləri aksiyada ""Starbucks” pul qazanmayacaq, məqsədimiz buna nail olmaqdır", deyə şüarlar səsələndiriblər.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR