“ABŞ və müttəfiqləri cavablarını alacaqlar” - Rusiya səfiri
Kateqoriya məlum deyil
Rusiyanın Birləşmiş Ştatlardakı səfiri Anatoliy Antonov Suriyaya gecə hücumlarını şərh edib.
Sfera.az xəbər verir ki, "İnterfaks” agentliyinə müsahibə verən səfir hiddətini gizlətməyib:
"ABŞ, Britaniya və Fransanın hərəkətləri cavabsız qalmayacaq. Bizim xəbərdarlığımıza qulaq asmadılar. Bizi yenə təhdid edirlər. Əvvəlcədən hazırlanmış ssenarilər işə düşüb".






