Logo

Trampın xadimədən uşağı var - İDDİA

Trampın xadimədən uşağı var - İDDİA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qərb mətbuatı Nyu-Yorkda "Trump World Tower"in keçmiş əməkdaşı Dino Sadjudinin bəyanatın yayıb.

Sfera.az xəbər verir ki, o, ABŞ prezidenti Donald Trampın nikahdankənar övladı olduğunu deyib.

Sadjudin bu informasiyanı "National Enquirer" dərgisinə 30 min dollara satıb.

Həmin xəbər dərgidə çıxmasa da, bu xəbər yayılıb.

D.Sadjudin danışıb ki, D.Trampın "Trump World Tower"in xadimələrindən biri ilə əlaqəsi olub, sonra həmin xanım dünyaya uşaq gətirib.

Uşağın yaşı haqda məlumat verilmir.

Xatırladaq ki, bundan əvvəl Trampın adı başqa qalmaqalda hallanmışdı.

Playboy modeli Karen Makduqal Trampla 2006-2007-ci illərdə intim əlaqədə olduğunu demişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR