Baş redaktoru armaturla döydülər

Dünya
14:49 / 13.04.2018
2960
Sverdlovsk vilayətində jurnalistə hücum olub.
Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dünən gecə saatlarında "Oblasnaya qazeta” nəşrinin baş redaktoru Dmitri Polyanin naməlum şəxslərin hücumuna məruz qalıb.
Baş redaktor binanın blokuna girərkən əlində armatur olan şəxslər tərəfindən döyülüb. Nəticədə jurnalist kəllə-beyin zədəsi alıb, qabırğalarından biri sınıb.
Dmitri Polyanin özünə gələndə xəstəxanada ifadə verib. İlkin versiya kimi, yanvar ayında kommunal xidmətlərdən yazılan məqalələrin bu hadisəyə səbəb ola biləcəyini deyib.
Hadisə ilə bağlı cinayət işi başlanılıb.