Ərdoğanla Tramp Suriyadakı son vəziyyəti müzakirə etdi

Dünya
11:06 / 12.04.2018
2809
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, telefon danışığı zamanı Suriyada yaranmış vəziyyət müzakirə edilib. ABŞ və Türkiyə rəhbərləri bu ölkə ətrafında yaranmış vəziyyəti gündəmdə saxlamaq barədə razılaşıblar.
Qeyd edək ki, ABŞ rəsmi Dəməşqi Şərqi Qutada, Duma şəhərində kimyəvi silahdan istifadə etməkdə ittiham edib.