Logo

ABŞ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

ABŞ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Konqresinin sənədlər bazasında yeni antirus sanksiyalarla bağlı qanun layihəsinə baxılır.

Sfera.az-ın məlumatına görə, bu dəfə Vaşinqton Rusiyanın dövlət borcu ilə əlaqədar maliyyə əməliyyatlarını dayandırmaq niyyətindədir.

Rusiya KİV-lərinin yaydığı məlumatda o da qeyd edilir ki, sanksiyalar qiymətli kağızlara da öz təsirini göstərə bilər.

Yeni sanksiyaların 60 gün ərzində qüvvəyə minəcəyi gözlənilir.

Xatırladaq ki, ötən cümə Vaşinqton 7 rus sahibkar, 14 kompaniya və 17 məmura qarşı sanksiya tətbiq edib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR