İsrail Suriyanı ittiham etdi
Kateqoriya məlum deyil
İsrail Suriyanı kimyəvi silah tətbiq etməkdə ittiham edən qərb ölkələrinin sırasına qatılıb.
Sfera.az xəbər verir ki, İsrail XİN bəyan edib ki, kimyəvi hücum rəsmi Dəməşqin qadağan edilmiş zəhərli maddələrin istehsalı və yayılması ilə məşğul olmasından xəbər verir.Qeyd edək ki, qərb ölkələri aprelin 7-də Suriyanın Duma şəhərində baş verən kimyəvi hücumda yerli hakimiyyəti ittiham edir. Rəsmi Dəməşq isə bütün ittihamları rədd edir.






