Doqquz ölkə BMT TŞ-ın fövqaladə görüşünün keçirilməsini istəyib
Kateqoriya məlum deyil
Doqquz ölkə Suriyada kimyəvi hücum iddiaları ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə görüşünün keçirilməsinin zəruriliyi vurğulayıblar.
Sfeara.az-ın TASS-a istinadən verdiyi məlumata əsasən, bu barədə Böyük Britaniyanın BMT-də daimi nümayəndəliyi bildirib."Böyük britaniya, Fransa, ABŞ, Polşa, Niderland, İsveç, Küveyt, Peru və Kot-d'İvuar Suriyada kimyəvi hücum iddiaları ilə bağlı BMT TŞ-nin fövqaladə görüşünün keçirilməsini istəyiblər.
Görüş, gözlənildiyi kimi, bazar ertəsi keçiriləcək", - deyə daimi nümayəndəliyin "Twitter" sosial şəbəkəsində yerləşdirdiyi məlumatında bildirilir.






