Logo

ABŞ özünə yeni düşmən qazana bilər: Səudiyyə Ərəbistanına qarşı iddia

ABŞ özünə yeni düşmən qazana bilər: Səudiyyə Ərəbistanına qarşı iddia
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sfera.az "tezars.ru” saytına istinadən xəbər verir ki, Amerika məhkəməsi  2001-ci il 11 sentyabr terror aktı ilə əlaqədar  Səudiyyə Ərəbistanına  qarşı iddianın təmin edilməsi  barədə qərar  qəbul edib. Ölkə terror aktının hazırlanmasında ittiham olunur, hücumun qurbanlarına  dəymiş zərər isə bir neçə milyard dollar həcmində qiymətləndirilir.

Middle East Eye nəşrinin məlumatına görə, ABŞ-ın dairə hakimi olan Corc Deniels   Səudiyyə Ərəbistanına məxsus tikinti şirkəti  və iki bankının  2001-ci il işinə xitam verilməsi barədə vəsatəti rədd edib. O bildirib ki, sığorta şirkətləri və zərərçəkənlərin ailələrinin iddialarına ABŞ-ın "terrorizmin sponsorlarına qarşı mübarizə Haqqında" qanuna uyğun olaraq baxılacaq. Hakim bildirir ki, terror aktının təşkilatçıları arasında Səudiyyə Ərəbistanı  vətəndaşları olub - Ömər əl-Bаumi və kral məscidinin imamı Faxad-əl-Tumayri.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti  Nyu-Yorkda üç min nəfərin həlak olması  ilə nəticələnən Dünya ticarət mərkəzinin qüllələrinin dağıdılması ilə bağlı heç  bir əlaqəsinin olmadığında təkid edir və zərər çəkmiş 25 min ailənin iddiasını tanımır

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR