Logo

ABŞ Türkiyəyə "S-400" raketi satan şirkətə sanksiya qoydu

ABŞ Türkiyəyə "S-400" raketi satan şirkətə sanksiya qoydu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ hakimiyyəti Rusiyaya qarşı sanksiyaları genişləndirməyə davam edir. 

Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ-ın açıqladığı yeni sanksiya siyahısında 38 şirkət yer alır. Türkiyəyə "S-400" raketlərinin daşınmasını təmin edəcək "Rosoboronexport” adlı şirkət də bu siyahıda yer alıb.

ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, bu sanksiyalar Putin rejiminə Qərb dəyərlərini məhv etmə imkanı verməmək üçün hazırlanıb.

Bu sanksiyalara Rusiya Xarici İşlər Nazirliyinin cavabı isə belə olub:

"Hərhansı təzyiq Rusiyanı seçmiş olduğu yoldan vazkeçirə bilməz. Bu cür addımlar ABŞ-ın istədiklərini əldə edə bilmədiyini göstərir. Bu sanksiyalar qarşılıqsız qalmayacaq, ən sərt şəkildə cavab verəcəyik".

Lalə Nəsirova

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR