Trampdan miqrantlara YENİ ZƏRBƏ

Trampdan miqrantlara  YENİ ZƏRBƏ
ABŞ prezidenti Donald Tramp miqrantlarla bağlı yeni sərəncam verib.

Sfera.az "Vesti.ru” ya istinadən xəbər verir ki, yeni sərəncamla qanunlar daha sərtləşdirilir.

Bundan sonra qanunsuz miqrantlar məhkəmə sona çatmayanadək həbsdən çıxmayacaqlar.

Hazırda prosedur belə idi ki, ələ keçən qanunsuz miqrant az müddət sonra azadlığa buraxılırdı. Sadəcə onlardan iltizam alınırdı ki, müəyyən tarixdə məhkəməyə gəlsin. Çox hallarda miqrantlar məhkəməyə gəlmirdilər.

Yeni sərəncamdan sonra isə onlar yalnız məhkəmə sona çatdıqdan sonra azad olunacaqlar.

İlqar

OXŞAR XƏBƏRLƏR