Logo

“III Dünya Müharibəsi başladı...” - VİDEO

“III Dünya Müharibəsi başladı...” - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin “Cumhuriyyət” qəzetinə müsahibəsində keçmiş səfir

Uluç Özülker Suriya böhranı və “Cenevrə-3” konfransı ilə bağlı maraqlı

açıqlamalar verib.

Sfera.az publika.az-a istinadən xəbər verir ki, səfir III Dünya Müharibəsinin artıq başlandığını bildirib.

Keçmiş səfirin iddiasına görə, ABŞ və Rusiya Suriya və İraq mövzusunda razılaşıblar.

O, qeyb edib ki, ABŞ əslində Rusiyanın Suriyaya gəlişindən çox məmnundur.

“Amerika təkbaşına yalnız havadan vurmaqla nəticə qazana bilməyəcəyini bilirdi.

Eyni zamanda koalisiyanın da təkbaşına çox şey edə bilməyəcəyinin fərqində

idi. Nəhayət, Rusiya Suriyada yerləşdi və cənub qonşumuz oldu. Rusiya “Əsədli və ya

Əsədsiz, fərqi yoxdur, Aralıq dənizinə çıxışı olan bir torpaq parçası mənim himayəmdə

olacaq. Amerika da bunu qəbul etdi. Amerika və Rusiya arasında razılaşma var. İraq da,

Suriya da parçalanır. Yeni bir coğrafiya ortaya çıxır. Bu coğrafiyanın içində Türkiyənin

cənubi-şərqinin olub-olmadığını düşünmək lazımdır”, - Uluç Özülker qeyd edib.

Keçmiş səfirin sözlərinə görə, hazırkı şərtlərdə Rusiya və Amerika arasında qəti bir

razılaşma əldə etmək mümkün deyil: “Buna görə də məsələni zamanın öhdəsinə

buraxacaqlar.  “Zamanı gələndə yeni bir “Sykes Picot” razılaşması ilə problemləri həll edərik”

yanaşması var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR