Meymun 17 günlük çağanı oğurlayıb öldürdü

Meymun 17 günlük çağanı oğurlayıb öldürdü
Hindistanın Odişa ştatında faciəli hadisə baş verib.

Sfera.az "The Hindustan Times” nəşrinə istinadən xəbər verir ki, "boz lanqur” növündən olan meymun Ramakruşna adlı vətəndaşın evinə pəncərədən girərək onun 17 günlük övladını oğurlayıb.

Meymun elə cəld hərəkət edib ki, uşağın anası ona mane ola bilməyib.

Tezliklə xilasedicilər və polislər ayağa qalxıb. Ancaq axtarışlar nəticə verməyib. Bir sutkadan sonra çağanın meyiti yaxınlıqdakı su hövzəsindən tapılıb.
İlkin analiz göstərib ki, uşağın üstündə zorakılıq əlaməti yoxdur və o suda boğulub. Görünür meymun qorxudan uşağı suya ataraq qaçıb.

Polis rəisi Bisvarancan Saxu deyib ki, karyerası ərzində belə insindentlə hələ rastlaşmayıbmış.
 


OXŞAR XƏBƏRLƏR