Türkiyədə olan Putindən “S-400”lərlə bağlı kritik AÇIQLAMA
Kateqoriya məlum deyil
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin görüşüb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş 1 saat yarım davam edib. Liderlər görüşdən sonra mətbuat konfransı keçiriblər.
Ən diqqət çəkən açıqlamalardan biri "S-400” raketləri ilə bağlı olub. Belə ki, Ərdoğan "S-400 ilə bağlı müqaviləni bağlamışıq, o dəftəri bağladıq, o iş qurtardı”, deyə bildirib.
Putin isə həmin raketlərin Türkiyəyə müəyyənləşdirilən müddətdən daha tez təslim ediləcəyini deyib:
""S-400”lərin Türkiyəyə daha tez təslim edilməsinə qərar verdik”.
Lalə Nəsirova






